17/01/2016

“Sumqayıt” FK Türkiyədə 3 yoxlama oyunu keçirəcək


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə üç yoxlama oyunu keçirəcək. Artıq komandamızın qarşılaşacaqları rəqiblərin kimliyinə də aydınlıq gəlib. “Sumqayıt” FK ilk yoxlama matçına bu gün çıxacaq. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq görüşdə Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi “Akjayık”la üz-üzə gələcək. Qeyd edək ki, Ural təmsilçisi başa çatmış mövsümdə 53 xal toplayaraq Qazaxıstan 1-ci liqasının qalibi olub və Premyer Liqaya vəsiqə qazanıb.

“Sumqayıt” Futbol Klubu növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Komandamız yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.