08/12/2011

“Sumqayıt Şəhər” “Kəpəz”lə oyuna hazırlaşır


Unibank Premyer Liqasının XVI turu çərçivəsində dekabrın 10-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Kəpəz”i qəbul edəcək “Sumqayıt Şəhər” hazırlığını “Dalğa Arena”da davam etdirir. Ötən həftə məşqdə zədələnən Ruslan Qurbanovun hələ bir müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Bundan başqa, ayağında ağrılar hiss edən Abdulla Abatsiyev də bugünki məşqə qatılmayıb.

Zədəsini sağaltmış Orxan Əliyev və Murad Səttarlı isə komanda ilə birlikdə hazırlığını davam etdirir. Azərbaycan millisinin heyətində seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edən Bədavi Hüseynov, Hacı Əhmədov və Samir Yusifov isə sabahdan etibarən məşqlərə qatılacaq.