17/01/2016

“Sumqayıt” FK Antalyada ilk məşqinə çıxıb


Xəbər verdiyimiz kimi, “Sumqayıt” Futbol Klubu bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində qısa ötürmələr və cinah asmaları üzərində çalışan “Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb. Qeyd edək ki, komandamız sabah Antalyada ilk yoxlama oyununa çıxacaq.