16/01/2016

“Sumqayıt” FK Türkiyəyə yola düşüb


Dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirmək üçün qonşu ölkəyə yola düşüb. Komandamız səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanıb. Yerli vaxtla saat 14:00-da adıçəkilən şəhərə çatan komanda xəbər verdiyimiz kimi "The Sense De Luxe" hotelində məşkunlaşıb. “Sumqayıt” FK bu gündən etibarən qonşu ölkədə 1 həftəlik təlim-məşq toplanışına start verəcək. Komandamız Antalyada olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək.