15/01/2016

"Sumqayıt" FK Antalyada təlim-məşq toplanışı keçəcək


Premyer Liqanın III dövrəsi üçün hazırlığın birinci mərhələsini bugünki məşqlə tamamlayan "Sumqayıt" FK təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Komandamız sabah qonşu ölkəyə yola düşəcək. "Sumqayıt" FK Antalyada "The Sense Deluxe" hotelində məşkunlaşacaq. Komandamız səfərdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək.