15/01/2016

"Sumqayıt" FK-nın əvəzediciləri "Qaradağ Lökbatan"la qarşılaşacaq


Sumqayıt" FK-nın əvəzedici komandası 19 yaşadək milli komandamızla yoxlama oyunu keçirib. "Dalğa Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əvəzedici komandamızdan qolları Emil Həsənzadə və Orxan Quliyev vurub.

Rövşən Babayevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı çərçivəsində yanvarın 16-da növbəti yoxlama oyununu keçirəcək. Komandamız 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"ı qəbul edəcək. "Kapital Bank Arena"da baş tutacaq görüş saat 13:30-da başlayacaq.