08/12/2011

Timur İsrafilov: “Xal ehtiyatımızı artırıb sonuncu pillədən qurtulmağa çalışacağıq”


“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu dekabrın 5-dən etibarən Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışında olan Azərbaycan millisi ilə yoxlama oyunu keçirməsi barəsində xəbər vermişdik. 2:1 hesabı ilə qələbə qazandığımız qarşılaşmada ilk dəfə meydana kapitan sarğısı ilə çıxan Timur İsrafilov rəsmi internet səhifəmizə açıqlama verib: “Sumqayıt Şəhər”də ilk dəfə meydana kapitan sarğısı ilə çıxdım. Çox gözəl hisslər keçirdiyimi deyə bilərəm. Bu oyun bizim üçün bir test matçı idi. Buna baxmayaraq, uşaqlar meydanda əsl əzmkarlıq nümayiş etdirdi. Qələbə qazandığımız üçün çox şadam. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərib yenidən milli komandanın heyətinə çağırılaram. Qış fasiləsinə qədər Premyer Liqada daha üç oyunumuz var. Bu görüşlərdə xal ehtiyatımızı artırıb son pillədən qurtulmağa çalışacağıq”.