14/01/2016

“Sumqayıt” FK Səlahət Ağayevlə güclənib


“Sumqayıt” Futbol Klubu növbəti transferini həyata keçirib. Komandamız yığmamızın üzvü Səlahət Ağayevlə güclənib. 25 yaşlı qapıçı mövsümün sonuna qədər “Sumqayıt” FK-nın şərəfini qoruyacaq. Adıçəkilən qolkiper komandamızda 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə “Sumqayıt” FK-da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib.