14/01/2016

“Sumqayıt” FK Nicat Muxtarovu heyətinə qatıb


Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Son olaraq, “Rəvan”da çıxış etmiş Nicat Muxtarov komandamızla 2,5 illik müqavilə imzalayıb. 1995-ci il təvəllüdlü adıçəkilən futbolçu “Sumqayıt” FK-da 8 nömrəli formanı geyinəcək.