13/01/2016

"Sumqayıt" FK AZAL-la yoxlama oyunu keçirib


Premyer Liqanın III dövrəsinə hazırlığı davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda səfərdə AZAL-la üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızdan yeganə qolu Pərdis Fərcad-Azad vurub.