12/01/2016

"Sumqayıt" FK-nın əvəzediciləri hazırlığa başlayıb


Əsas komanda ilə yanaşı "Sumqayıt" FK-nın əvəzediciləri də çempionatın III dövrəsi üçün hazırlığa start verib. Rövşən Babayevin rəhbərlik etdiyi komanda artıq 3 gündür ki, təlim-məşq toplanışını davam etdirir. Hazırda heyətdə akademiyadan dəvət olunmuş bir neçə futbolçu da yer almaqdadır. Əvəzedici komandamız hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Artıq ilk rəqib də məlumdur. Belə ki, əvəzedicilərimiz yanvarın 14-də "Dalğa Arena"da 19 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma saat 15:30-da başlayacaq.