10/01/2016

"Sumqayıt" FK yoxlama oyununda AZAL-ı məğlub edib


Premyer Liqanın III dövrəsinə hazırlığı davam etdirən "Sumqayıt" Futbol Klubu ikinci yoxlama oyununu keçirib. Əvvəlcə 1-ci divizion təmsilçisi "Şərurspor"la heç-heçə qalan komandamız növbəti görüşdə AZAL-ı qəbul edib. Oyun "Sumqayıt" FK-nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyunda qolları Amil Yunanov (2), Ağabala Ramazanov və Xəyal Nəcəfov vurub.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 13-də səfərdə AZAL-a qarşı keçirəcək.