09/01/2016

"Sumqayıt" FK "Şərurspor"la yoxlama oyunu keçirib


Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda 1-ci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan qolu yeni futbolçumuz Vaqif Cavadov vurub.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu bu gün AZAL-a qarşı keçirəcək.