08/01/2016

AZAL-la yoxlama oyunu "Kapital Bank Arena"da keçiriləcək


"Sumqayıt" Futbol Klubu Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirir. Əvvəlcədən məlumat verdiyimiz kimi, komandamız hazırlığın bu mərhələsində 3 yoxlama oyunu keçirəcək. Belə ki, "Sumqayıt" FK yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə "Sumqayıt" səfərdə FK AZAL-la qarşılaşmalı idi. Lakin həmin oyunun məkanı dəyişdirilib. AZAL-la yoxlama oyunu həmin saatda "Kapital Bank Arena"da baş tutacaq.