08/01/2016

"Sumqayıt" FK Kənan Manafovu heyətinə qatıb


Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu son olaraq "Rəvan"da çıxış etmiş Kənan Manafovu heyətinə qatıb. 1995-ci il təvəllüdlü adıçəkilən futbolçu komandamızla 1,5 illik müqavilə imzalayıb. Kənan "Sumqayıt" FK-da 16 nömrəli formanı geyinəcək.