04/01/2016

"Sumqayıt" FK III dövrənin hazırlığına sabah başlayacaq


"Sumqayıt" Futbol Klubu Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verir. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək. "Sumqayıt" FK sabah saat 14:00-da "Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaq. Komandamız hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur. Komandamız yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə "Sumqayıt" FK AZAL-a səfərdə qarşılaşacaq.