30/12/2015

3 futbolçumuz U-21-ə, 2 nəfər isə U-17-ə çağırılıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası 2016-cı ilin yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Bu səbəbdən, "Sumqayıt" Futbol Klubunun 3 futbolçusu - Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev yığmanın düşərgəsinə dəvət alıb.

Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası 2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq turnirə qatılacaq. Klubumuzun 2 futbolçusu - İsmayıl Babayev və Ricat Qarayev U-17-nin heyətində yer alacaq.