29/12/2015

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə dostluq oyunu keçirilib


31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “Kapital Bank Arena”da “Sumqayıt” Futbol Klubunun məşqçi və inzibati heyəti ilə KİV-nin nümayəndələri arasında dostluq oyunu keçirilib. Maraq üçün qeyd edək ki, qarşılaşma komandamızın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.