17/12/2015

2015-ci ilin son oyunu "Sumqayıt" - "Rəvan" görüşü 15:30-da başlayacaq


Premyer Liqanın 18-ci turunun oyun cədvəli müəyyənləşib. "Sumqayıt" Futbol Klubu 2015-ci ilin son görüşündə "Kapital Bank Arena"da "Rəvan"ı qəbul edəcək. Həmin qarşılaşma dekabrın 19-da saat 15:30-da start götürəcək və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq. Qeyd edək ki, bu komandaların birinci dövrədə baş tutan oyunu 0:0 hesablı heç-heçə ilə yekunlaşmışdı.

"Sumqayıt"la "Rəvan"ın əvəzedici komandaları arasındakı qarşılaşma isə dekabrın 18-də "Kapital Bank Arena"da keçiriləcək. Həmin görüş saat 13:00-da başlayacaq.