06/12/2011

“Sumqayıt Şəhər” bu gün milli komanda ilə qarşılaşacaq


Bakı şəhərində təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində bu gün saat 15:00-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda Azərbaycan millisi «Sumqayıt Şəhər» Peşəkar Futbol Klubu ilə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, “Sumqayıt Şəhər”in 3 futbolçusu – Bədavi Hüseynov, Hacı Əhmədov və Samir Yusifov milli komandanın düşərgəsindədir.