16/12/2015

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşmada qələbəni son dəqiqədə əldən verdi


"Qarabağ" - "Sumqayıt" 2:2
16 dekabr 2015. Saat 16:30. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 500 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Vüqar Bayramov
Dördüncü hakim: Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Raydell Pupon, 86 (qeyri-idman hərəkəti); 90+1 (qeyri-idman hərəkəti) // Mikayıl Rəhimov, 53 (qeyri-idman hərəkəti); Emin Mehdiyev, 83 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Raydell Pupon, 90+1
Qollar: Riçard Almeyda, 57 (p.); Dani, 89 // Amil Yunanov, 7; Mikayıl Rəhimov, 54
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Qarabağ”
13. İbrahim Şehiç
5. Maksim Medvedev
6. Vüqar Mustafayev
(91. Coşqun Diniyev, 59)
10. Dani
11. Elvin Məmmədov
(77. Cavid Tağıyev, 73)
14. Rəşad Sadıqov (k)
18. İlqar Qurbanov
20. Riçard Almeyda
22. Əfran İsmayılov
(29. Raydel Pupon, 73)
32. Elvin Yunuszadə
90. Samuel Armenteros

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
2. Qara Qarayev
55. Bədavi Hüseynov
97. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
6. Mikayıl Rəhimov
10. Uğur Pamuk
(22. Tofiq Mikayılov, 69)
13. Murad Ağayev
24. Amit Quluzadə
(18. Aleksandr Çertoqanov, 48)
29. Amil Yunanov
(9. Mirzağa Hüseynpur, 75)
39. Emin Mehdiyev
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
8. Nuran Qurbanov
15. Nodar Məmmədov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 17-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Qarabağ"la qarşılaşıb. Komandamız qələbəni son dəqiqədə əldən verib.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı. 20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Buna rəğmən, “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi. Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm”.