12/12/2015

"Sumqayıt" FK səfərdə "İnter"i məğlubiyyətə uğradıb


"İnter" - "Sumqayıt" 2:3
11 dekabr 2015. Saat 16:30. “İnter Arena”, 500 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Nahid Əliyev
Dördüncü hakim: Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
Sarı vərəqələr: Nizami Hacıyev, 90 (hakim qərarına etiraz); Zurab Xizanişvili, 90+3 (qeyri-idman hərəkəti) // Aleksandr Çertoqanov, 17 (hakim qərarına etiraz); Ağabala Ramazanov, 83 (hakimi aldatmağa cəhd); Slavik Alxasov, 89 (qeyri-idman hərəkəti)
Qollar: Yuri Fomenko, 44; Elnur Abdullayev, 52 // Amil Yunanov, 2, 39; Slavik Alxasov, 32
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“İnter”
1. Səlahət Ağayev (k)
5. Denis Silva
6. Laşa Salukvadze
(15. Stepan Polyak, 79)
8. Nizami Hacıyev
10. Elnur Abdullayev
14. Zurab Xizanişvili
17. Mirsahib Abbasov
20. Yuri Fomenko
22. İlkin Qırtımov
(3. Xuan Fransisko, 72)
30. Abbas Hüseynov
88. Abdulla Abatsiyev
(24. Fuad Bayramov, 86)

Ehtiyat oyunçular:
79. Giorgi Lomaya
4. Laşa Kasradze
12. Ruslan Əmircanov
18. Mənsur Nəhavəndi

Baş məşqçi: Zaur Svanadze

“Sumqayıt”
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
6. Mikayıl Rəhimov
8. Nuran Qurbanov
(22. Tofiq Mikayılov, 48)
10. Uğur Pamuk
(15. Nodar Məmmədov, 90+2)
13. Murad Ağayev
18. Aleksandr Çertoqanov
29. Amil Yunanov
(9. Mirzağa Hüseynpur, 76)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
23. Tural Rzayev
24. Amit Quluzadə
99. Əli Əlimərdanlı

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 16-cı turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "İnter" üzərində əzmkar qələbə qazanıb. Bu oyunda komandamızın üzvü Alim Yunanov dubl edib. Digər qolu isə Slavik Alxasov vurub.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Sanki, “Kəpəz”lə oyunun davamı idi. “İnter”lə gərgin, maraqlı oyun alındı, azarkeşlər çox qol gördülər. Həyəcanlı bir görüş alındı, heç-heçə də edə bilərdik, məğlub da ola bilərdik, böyükhesablı qələbə də qazana bilərdik. Bu hesab da məni razı salır. “Qarabağ” kimi komandanın 1 qol vurub məğlub etdiyi komandanı 3 qolla üstələməyimiz sevindiricidir. Heyətdə zədəli oyunçularımız az deyildi, buna baxmayaraq, futbolçularımız can qoydular və qələbə qazandılar. Zurab Xizanişvili ilə Ağabala Ramazanovun epizoduna gəlincə, konkret danışa bilmirəm. Penaltinin olub-olmadığını deməyə çəkinirəm. Düzdür, mən həmin anda reaksiya verdim. Amma unutmayaq ki, insanın reaksiyası öz istəyinə uyğun olur, mən də lehimizə penalti istəyirdim. Amma epizoda baxdıqdan sonra dediyin bəzən səhv çıxır. Ümumilikdə götürsək, 3-0 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə etsəydik və ya məğlub olsaydıq, sadəcə təəssüflənməzdim, dəli olardım”.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Biz oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır”.