06/12/2011

3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət


«Azercell U-17 Liqa»sında və “U-16 Liqası”nda IX turun oyunları keçirilib. “Sumqayıt Şəhər” PFK-nın 17 yaşadək futbolçulardan ibarət komandası “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.

U-16 komandamız isə “Neftçi” ilə 1:1 hesablı heç-heçəyə imza atıb. Komandamızdan yeganə qolu penaltidən Bayram Nuruzadə vurub.

14 yaşadək futbolçulardan ibarət komandamız isə turu qələbə ilə başa vurub. “Babək” klubunu 5:1 hesabı ilə məğlubiyyətə uğradan “Sumqayıt Şəhər”dən qolları Vüsal Buludlu (2 qol), Tural Bayramov (2 qol) və Tural Fəttahov vurub.

U-11-lərimiz isə “UGİM-1” üzərində inamlı qələbə qazanıb (4:0). Komandamızdan qolları Səxavət Pirimuradov, Rüfət Abdullazadə, Murad Rəhimli və Eltun Nağıyev vurub.

17 UNİCEF qızlar Liqasında da növbəti turun oyunları keçirilib. “Real Baku” ilə qarşılaşan “Sumqayıt Şəhər” 4:1 hesabı ilə qələbə qazanıb. Cəmilə Jlyakova (2 qol), Nisə İmanova və Aygün Hümbətova qolların müəllifləridir.

15 yaşadək qızlardan ibarət komandamız isə “Xudat”la heç-heçə edib (1:1). Qolun müəllifi Jalə Qafarova olub.

Nəzərinizə çatdıraq ki, 15 yaşadək futbolçulardan ibarət komandamız isə sabah “Vətən”lə üz-üzə gələcək.
«Sumqayıt Şəhər» – «Vətən»
Saat 14:00. İnşaatçı stadionu
Hakimlər: Xasıyev Nahid, Babayev Rəsul, Ələsgərov Rüfət, Xəlilov Nihad