07/12/2015

"Sumqayıt" FK "Kəpəz"lə qarşılaşmadan heç-heçə ayrılıb


"Sumqayıt" - "Kəpəz" 2:2
07 dekabr 2015. Saat 17:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Coşqun Həsənov
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Vurğun Hüseynov, 28 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 42 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 51 (qeyri-idman hərəkəti); Mirzağa Hüseynpur, 81 (oyunun bərpasını ləngitdiyinə görə) // Tərlan Quliyev, 44 (qeyri-idman hərəkəti); Tural Rzayev, 57 (qeyri-idman hərəkəti); Bəxtiyar Soltanov, 58 (qeyri-idman hərəkəti); Aleksandr Sitnik, 71 (hakimi aldatmağa cəhd)
Qollar: Emin Mehdiyev, 56; Amil Yunanov, 78 // Aleksandr Sitnik, 76; Tural Axundov, 90+5 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.

“Sumqayıt”
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
10. Uğur Pamuk
(8. Nuran Qurbanov, 86)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(29. Amil Yunanov, 71)
39. Emin Mehdiyev
(9. Mirzağa Hüseynpur, 75)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
15. Nodar Məmmədov
25. Ayaz Mehdiyev
99. Əli Əlimərdanlı

Baş məşqçi: Samir Abasov

“Kəpəz”
88. Tadas Simaitis
13. Şəhriyar Rəhimov
3. Tərlan Quliyev
25. Şəhriyar Əliyev
(15. Azad Kərimov, 60)
18. Tural Axundov (k)
8. Budaq Nəsirov
(6. Ceyhun Cavadov, 80)
5. Kərim Diniyev
7. Junior Osvaldo
27. Bəxtiyar Soltanov
(19. Aleksandr Sitnik, 63)
80. Tural Rzayev
90. Julien Ebah

Ehtiyat oyunçular:
1.Eyyub Əliyev
4. Elvin Cəbrayıllı
9. Murad Ağakişiyev
21. Xəzər Qəribov

Baş məşqçi: Şahin Diniyev

Topaz Premyer Liqasında baş tutan "Sumqayıt" - "Kəpəz" oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Əsl peşmanlıq hissi var, penalti verildi və biz son dəqiqədə 3 xalı itirdik. Komandam istəkli, sürətli və inamlı idi. Lakin son anda qələbəni əldən verdik, futbolun pis tərəfi də məhz budur. Oyunun sonlarında verilən penalti epizodunda hakim haqlı idi, mən texniki zonadan gördüm ki, top futbolçumuzun əlinə dəydi. Artırılan 5 dəqiqəni də normal hesab edirəm”.

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Maraqlı oyun alındı, “Sumqayıt” komandasına belə bir oyun təklifinə görə təşəkkür edirəm. İlk hissədə bizim, ikinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün şansları oldu. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Düşünürəm ki, komandalar bu gün xal itirmədilər, xal qazandılar. Maraqlı, sürətli, ritmli bir futbol oldu. Dəyişiklik etmək baxımından ciddi imkanlarımız yoxdur. Amma Sitnikin oyuna daxil olması işimizə yaradı. Futbol təkcə gözəlliyə yox, əsasən nəticəyə hesablanmış oyundu. Bunlardan biri olanda digəri olmur. Birinci hissədə biz əks hücumlarda oynamağa çalışdıq. Bilirdim ki, “Sumqayıt” sürətli komandadır, onlara meydan versəydik, “tutulacaqdıq”. İlk hissədə hər iki komanda gözləmə mövqeyini tutdu, ikinci hissə isə tamamilə fərqli oyun oldu. İkinci hissədə hər iki komanda qələbə üçün oynadı”.