06/12/2015

Allah rəhmət eləsin!


2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib. Qərara əsasən, 6 dekabr 2015-cı il matəm günü elan edilib.

Qeyd edək ki, baş vermiş hadisədə 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb. Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.

“Sumqayıt” Futbol Klubu baş vermiş faciədə həyatını itirənlərə görə kədərləndiyini bildirir və onların yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!