02/12/2015

"Sumqayıt" FK Azərbaycan kubokunda 1/4 finala yüksəldi


"Neftçala" - "Sumqayıt" 0:1
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
02 dekabr 2015. Saat 14:00. Nəriman Nərimanov adına Neftçala şəhər stadionu, 400 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Nahid Əliyev
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: David Janelidze, 74 (qeyri-idman hərəkəti); Fərmayıl Əliyev, 77 (qeyri-idman hərəkəti) // Nodar Məmmədov, 25 (qeyri-idman hərəkəti); Mikayıl Rəhimov, 58 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 60 (hakim qərarına etiraz)
Qol: Pərdis Fərcad-Azad, 90
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
6. Mikayıl Rəhimov
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov (k)
25. Ayaz Mehdiyev
(8. Nuran Qurbanov, 75)
29. Amil Yunanov
(7. Pərdis Fərcad-Azad, 59)
39. Emin Mehdiyev
55. Ağabala Ramazanov
(99. Əli Əlimərdanlı, 90+2)

Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
9. Mirzağa Hüseynpur
22. Tofiq Mikayılov
23. Tural Rzayev

Məşqçi: Vəfadar Quliyev

"Sumqayıt" Futbol Klubu "Neftçala" üzərində minimal hesablı qələbə qazanmaqla Azərbaycan kubokunda 1/4 finala vəsiqə qazanıb. Bu oyunda komandamızdan yeganə qolu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub. Qeyd edək ki, komandamız bu mərhələdə son çempion "Qarabağ"la qarşılaşacaq.

Vəfadar Quliyev (“Sumqayıt”ın məşqçisi): “Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".

Kamal Quliyev (“Neftçala”nın baş məşqçisi): “Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular. Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz I Divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.