28/11/2015

"Sumqayıt" FK səfərdə AZAL-a məğlub olub


AZAL - "Sumqayıt" 2:0
28 noyabr 2015. Saat 14:30. AZAL Arena,150 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Vaqif Musayev
Dördüncü hakim: Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Tagim Novruzov, 35 (qeyri-idman hərəkəti); Ruslan Nəsirli, 37 (qeyri-idman hərəkəti) // Pərdis Fərcad-Azad, 61 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 87 (qeyri-idman hərəkəti)
Qollar: Murad Səttarlı, 20; Ruslan Nəsirli, 84
Qolla nəticələnməyən penalti: Ağabala Ramazanov, 38
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 3 dəq.

AZAL
16. Stanislav Namaşko
2. Rail Məlikov (k)
3. Tural Hümbətov
4. Qvanzav Maqomedov
(28. Müşfiq Teymurov, 33)
24. Emin Cəfərquliyev
6. Tagim Novruzov
14. İlqar Ələkbərov
(22. Kamal Mirzəyev, 76)
10. Nuqzar Kvirtiya
(11. Ruslan Nəsirli, 35)
21. Murad Səttarlı
27. Aleksandr Quruli
19. Məhəmməd Bədəlbəyli

Ehtiyat oyunçular:
1. Amil Ağacanov
9. Aydın Qasımov
20. İsmayıl İbrahimli
5. Kamil Hüseynov

Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
7. Pərdis Fərcad-Azad
(99. Əli Əlimərdanlı, 63)
9. Mirzağa Hüseynpur
(10. Uğur Pamuk, 46)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
22. Tofiq Mikayılov
23. Tural Rzayev
(8. Nuran Qurbanov, 46)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
29. Amil Yunanov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Sumqayıt" Futbol Klubu səfərdə AZAL-a 0:2 hesabı ilə məğlub olub.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Çox danışmaq istəmirəm, çünki danışılası bir şey yoxdur. Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldilər. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nə isə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudur, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə isə buna baxacağıq”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. “İnter”ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var. Həmişə demişəm ki, futbol aqressiv oyundu. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət eləməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. “Sumqayıt”ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın”.