24/11/2015

“Sumqayıt” FK U-15 “Qarabağ”a qalib gəlib


“Bakcell U-15 Liqası”nda növbəti turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda “Qarabağ” üzərində 4:1 hesablı qələbə qazanıb. Bu görüşdə komandamızdan qolları Səbuhi Abdullazadə (3) və Rüfət Salehov vurub.

U-17 liqasında mübarizə aparan “Sumqayıt” FK-nun 17 yaşadək futbolçulardan ibarət komandası isə turu məğlubiyyətlə başa vurub. Komandamız “Xəzər Lənkəran”lı həmyaşıdlarına 1:2 hesabı ilə məğlub olub.