05/12/2011

“Sual yağışı” olacaq


Dekabrın 9-da “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu “168 saat” qəzeti ilə birlikdə “Sual yağışı” şərti adı altında klubun məşqçi heyəti və bir neçə aparıcı futbolçusunun sumqayıtlı futbol azarkeşləri ilə görüşünü təşkil edəcək. Debat şəklində keçəcək tədbirdə klubumuzun baş məşqçisi Bernhard Raab da iştirak edəcək. Görüşdən sonra “Sumqayıt Şəhər”lə fanat qrupu arasında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yoldaşlıq oyunu təşkil olunacaq.

Nəzərinizə çatdıraq ki, görüş saat 14:00-da başlayacaq.