21/11/2015

"Sumqayıt" FK "Qəbələ" ilə qarşılaşmada qələbə hesabını qoruya bilmədi


"Sumqayıt" - "Qəbələ" 2:2
21 noyabr 2015. Saat 17:00. “Kapital Bank Arena”, 1150 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Elman Musayev
Dördüncü hakim: Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ömər Paşayev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Ağabala Ramazanov, 63 (qeyri-idman hərəkəti); Emin Mehdiyev, 67 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 77 (bilərəkdən əl ilə oyun); Vurğun Hüseynov, 87 (qeyri-idman hərəkəti) // Vitali Vernidub, 31 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Rikardinyo, 63 (qeyri-idman hərəkəti); Aleksey Antonov, 78 (qeyri-idman hərəkəti)
Qollar: Uğur Pamuk, 29; Ağabala Ramazanov, 69 // Cəmil Hacıyev, 40 (ö.q); Samir Zərgərov, 71
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
7. Pərdis Fərcad-Azad
(29. Amil Yunanov, 84)
10. Uğur Pamuk
(9. Mirzağa Hüseynpur, 46)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov
39. Emin Mehdiyev
(23. Tural Rzayev, 71)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
8. Nuran Qurbanov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

“Qəbələ”
1. Andrey Popoviç
3. Voislav Stankoviç
4. Elvin Camalov
5. George Floresku
(32. Fakundo Pereyra, 46)
11. Asif Məmmədov
(66. Samir Zərgərov, 64)
15. Vitali Vernidub
19. Aleksey Qay (k)
20. Rikardinyo
21. Arif Daşdəmirov
34. Ürfan Abbasov
(8. Məhəmməd Mirzəbəyov, 31)
69. Aleksey Antonov

Ehtiyat oyunçular:
33. David Pietrzikeviç
25. Qismət Alıyev
87. Ruslan Abışov
88. Derlis Meza Kolli

Baş məşqçi: Roman Qriqorçuk

Topaz Premyer Liqasında 13-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Qəbələ" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib (2:2).

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Maraqlı oyun alındı. Biz kifayət qədər güclü komandaya qarşı oynadıq. Demirəm ki, udulası oyun idi. Problemlərimiz var. Yenə də yaradılan qol imkanlarından istifadə edə bilmədik. Sizə yalan demək istəmirəm. Bu problemi aradan qaldırmaq üçün işləyəcəyimizi deyə bilmirəm, çünki bu tip keyfiyyətlər futbolçunun özündən olmalıdır. Heyətdə iki eynisəviyyəli qapıçı olanda onların hər birinə şans vermək lazımdı. Nodar Məmmədovun əsas heyətdə olmaması isə Bəxtiyar Həsənalızadənin qayıdışı ilə bağlıdır”.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Müdafiədə boşluqlar var idi. Əvvəlki oyunlarla müqayisədə fərqli səhvlər etdik. Misal üçün “Kəpəz”lə oyunun son dəqiqələrində bütün müdafiəçilər irəli atılmışdı. Məhz həmin vaxt bizə əks hücumdan qol vurmuşdular. Futbolçuların yerində mən də olsaydım hücuma atılardım. Həmin məğlubiyyətdən sonra futbolçulara heç nə deməmişdim. Amma bu gün olan səhvlərə görə utanıram, utanc hissi var. Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər 10 oyundanbir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı”.