18/11/2015

“Sumqayıt” FK U-19 “Neftçi” PFK üzərində əzmkar qələbə qazanıb


AFFA-nın təşkil etdiyi U-19 Liqasında növbəti turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 19 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda “Neftçi”ni qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 2:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda “Sumqayıt” FK U-19-dan qolları İsaməddin Rəsullu və Murad Məmmədxanov vurub.

“Bakcell U-17 Liqası”nda mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət komandamız isə bu həftə “Vətən”lə qolsuz heç-heçəyə imza atıb.

“Sumqayıt” FK U-15 “Zirə”yə, U-14 isə “Bakı”ya 1:3 hesabı ilə məğlub olub.

Ötən həftə sonu 13 yaşadək futbolçulardan ibarət komandamız “Qəbələ” ilə bərabərə qalıb 0:0.
Həftəsonu həmçinin “Sumqayıt” FK U-12 “Qızıl Əlcək” üzərində 6:0-lıq ələbəyə sevinib. Bu oyunda komandamızdan qolları Fərid Abbasov (3), Əli Əlizadə (2) və Rüstəm Rüstəmli vurub.

U-11 komandamızda turu qələbə ilə başa vurub. 11 yaşadək futbolçulardan ibarət komandamız “Gənclik-95”lə görüşdə 2:0 hesablı qələbəyə imza atıb. Bu oyunda Rəşad Abbas və Kənan Cavadlı fərqlənib.