18/11/2015

Ağabala Ramazanov A millinin heyətində fərqlənib


Azərbaycan milli komandası Bakı Olimpiya Stadionunda beynəlxalq yoldaşlıq oyunu keçirib. Millimiz Moldova yığması ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Oyunda hesab Moldova yığmasının müdafiəçisi Katalin Karpın öz qapısından keçirdiyi topla açılıb. Fasiləyə 1 dəqiqə qalmış Aleksandr Antonyuk hesabı bərabərləşdirib. Qarşılaşmada sonuncu qolu isə 49-cu dəqiqədə "Sumqayıt" Futbol Klubunun hücumçusu Ağabala Ramazanov vurub.

Yeri gəlmişkən, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Bayıl stadionunda Rusiya yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 3:0. Bu qarşılaşmada "Sumqayıt" FK-nun qapıçısı Şahrudin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub.