14/11/2015

"Sumqayıt" FK "Bakı" ilə yoxlama oyununda qələbə qazanıb


Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Sumqayıt" Futbol Klubu yoxlama oyunu keçirib. "Kapital Bank Arena"da " 1-ci divizion təmsilçisi "Bakı"nı qəbul edən komandamız 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə "Sumqayıt" FK-dan qolları Amil Yunanov (2) və Pərdis Fərcad-Azad vurub. Rəqibin heyətində isə Vüqar Namazəliyev fərqlənib.

Əsas komanda ilə yanaşı əvəzedicilərimiz də yoxlama oyununda qüvvəsini sınayıb. "Sumqayıt" FK-nun əvəzediciləri "Qarabağ"la oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Bu oyunda komandamızdan yeganə qolu Şahin Əliyev vurub.