13/11/2015

Təbrik edirik!


Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, “Neftçi” komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşmüş, SSRİ milli komandasında çıxış etmiş, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanmış, “Şöhrət” ordeni ilə təltif olunmuş, hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərən Kazbek Tuayevin 75 yaşı tamam olur. "Sumqayıt" Futbol Klubu Kazbek Tuayevi əlamətdar yubileyi münasibətilə təbrik edir, ona cansağlı arzulayır.