12/11/2015

"Sumqayıt" FK "Bakı" ilə yoxlama oyunu keçirəcək


Topaz Premyer Liqasının növbəti turunda doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Samir Abasovun rəhbərlik etdiyi komanda milli komandaların oyunları səbəbindən yaranmış fasilə zamanı yoxlama matçı keçirəcək. "Sumqayıt" FK 1-ci divizion təmsilçisi "Bakı" ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 14-də "Kapital Bank Arena"da baş tutacaq. Oyun saat 18:00-da start götürəcək.