10/11/2015

Ağabala Ramazanov A milliyə çağırılıb


Azərbaycan milli komandasının noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün açıqlanmış heyətində dəyişiklik edilib. Almaniyanın “Karlsruhe” klubunun üzvü Dmitri Nazarov zədələndiyi üçün millinin toplanışında iştirak etməyəcək. Heyətlə bağlı daha bir yenilik baş məşqçi Robert Prosineçkinin “Sumqayıt” Futbol Klubunun futbolçusu Ağabala Ramazanovu milli komandanın toplanışına dəvət eməsidir.

Qeyd edək ki, hazırda “Sumqayıt” FK-nun 3 futbolçusu Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədov, Cəmil Hacıyev U-21 millisinin, 2 futbolçusu Xəyal Nəcəfov və Emin Həsənzadə isə U-19-un düşərgəsində yer almaqdadır.