07/11/2015

"Sumqayıt" FK səfərdə "Zirə"yə məğlub olub


"Zirə" - "Sumqayıt" 3:2
7 noyabr 2015. Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Nelson Bonilla, 36 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 65 (qeyri-idman hərəkəti); Tərzin Cahangirov, 89 (oyunun bərpasını ləngitdiyinə görə) // Vurğun Hüseynov, 9 (qeyri-idman hərəkəti); Cəmil Hacıyev, 70 (qeyri-idman hərəkəti)
Qollar: Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.

“Zirə”
1. Anar Nəzirov
37. Yovan Krneta
5. Adil Nağıyev
13. Aleksandr Şemonayev
77. Ruslan Poladov
11. Viktor İqbekoyi
33. Dieqo Souza
(8. Tərzin Cahangirov, 59)
32. Luis Alberto Diez
(6. Hacı Əhmədov, 87)
27. Rəşad Abdullayev (k)
(17. Nicat Qurbanov, 70)
28. Təmkin Xəlilzadə
9. Nelson Bonilla

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
70. Mirkamil Həşimli
66. Eduardo Makiel
14. Tellur Mütəllimov

Baş məşqçi: Adil Şükürov

“Sumqayıt”
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
10. Uğur Pamuk
13. Murad Ağayev
15. Nodar Məmmədov
22. Tofiq Mikayılov
(7. Pərdis Fərcad-Azad, 64)
23. Tural Rzayev
(9. Mirzağa Hüseynpur, 72)
24. Amit Quluzadə
(18. Aleksandr Çertoqanov, 35)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
8. Nuran Qurbanov
27. İsmayıl Babayev

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 12-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olub.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Çox gərgin oyun alındı, qarışıq hisslərim var, nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadır. Oyunun hakimliyi ilə bağlı heç bir narazılığım yoxdur. Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları yaratdılar. Səhvlərimizin sayı çox oldu”.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Komandadan çox razıyam, qələbəyə görə şadam. Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı. Biz “Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə oyunda 3 xal əldə edə bildik. “Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik”.