05/11/2015

"Sumqayıt" FK "Zirə" ilə oyunun hazırlığına başlayıb


Premyer Liqanın növbəti turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu bir günlük istirahətin ardından yenidən məşqlərini bərpa edib. Bu gün "Kapitan Bank Arena"da səhər məşqinə çıxan komandamız daha çox toplu çalışmalara üstünlük verib. Zədəli olduğu üçün müdafiəçimiz Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənib. Qeyd edək ki, "Sumqayıt" FK oyunöncəsi sabah doğma arenada son məşqinə çıxacaq.

Nəzərinizə çatdıraq ki, "Zirə" - "Sumqayıt" oyunu noyabrın 7-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşma saat 18:30-da start götürəcək. Oyun CBC Sport kanalı ilə canlı yayımlanacaq.