02/11/2015

"Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb


"Sumqayıt" - "Neftçi" 1:2
2 noyabr 2015. Saat 19:00. “Kapital Bank Arena”, 2000 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elman Musayev, Nahid Əliyev
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Cəmil Hacıyev, 29 (rəqibi tutduğuna görə); Şahruddin Məhəmmədəliyev, 76 (qeyri-idman hərəkəti); Emin Mehdiyev, 78 (sistematik qayda pozuntusu) // Salas Quinta Antonio, 15 (hakimi aldatmağa cəhd); Kaue da Silva, 38 (qeyri-idman hərəkəti); Aylton Silva, 48 (əl ilə oyun); Ruslan Qurbanov, 60 (qeyri-idman hərəkəti); Elşən Abdullayev, 85 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 88 (qeyri-idman hərəkəti)
Qollar: Uğur Pamuk, 7 // Fəhmin Muradbəyli, 72; Ruslan Qurbanov, 77 (p)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
10. Uğur Pamuk
(7. Pərdis Fərcad-Azad, 76)
14. Bəxtiyar Həsənalızadə
(23. Tural Rzayev, 60)
18. Aleksandr Çertoqanov
(97. Xəyal Nəcəfov, 80)
22. Tofiq Mikayılov
24. Amit Quluzadə
39. Emin Mehdiyev
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
9. Mirzağa Hüseynpur
13. Murad Ağayev
15. Nodar Məmmədov

Baş məşqçi: Samir Abasov

“Neftçi”
1. Aqil Məmmədov (k)
4. Rahil Məmmədov
5. Xuan Alberto Melli
6. Aylton Silva
8. Elşən Abdullayev
11. Ruslan Qurbanov
(22. Mirabdulla Abbasov, 90+3)
17. Rəhman Hacıyev
18. Kaue da Silva
19. Fəhmin Muradbəyli
20. Salas Quinta Antonio
(10. Cavid İmamverdiyev, 87)
27. Məqsəd İsayev

Ehtiyat oyunçular:
24. Miçal Peskoviç
26. Kamal Qurbanov
95. Elvin Bədəlov
3. Filyo Jairo Rodriges
88. Orxan Qurbanlı

Baş məşqçi: Samir Əliyev

Topaz Premyer Liqasında 11-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Oyunda komandamız Uğur Pamukla hesabı açsa da, sonda 2 top buraxmaqla meydanı məğlub tərk edib.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Oyun başa çatdıqdan sonra futbolçulara öz razılığımı bildirdim. Bu istəklə işləsək arzuladığımız oyunu sərgiləyəcəyik. Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdu. Hər bir oyunçu qələbə üçün can qoydu, qalibiyyət üçün döyüşdü. Gənc Xəyalı döyüşə atanda ona tapşırıq vermişdim. Bildirmişdim ki, rəqibin cərimə meydançasında oynasın. Gənc futbolçunu oyuna buraxmaq risk ola bilər. Amma futbolçular məhz belə oyunlarda “bişirlər”. Oyunun sonundakı epizodla bağlı heç nə deyə bilməyəcəyəm. Çünki hadisə yerinə uzaq idim. Penalti tələb edən Vurğun Hüseynovdan isə heç nə soruşmamışam. Çünki bunun əhəmiyyəti yoxdu. Biz məğlub olduq, “Neftçi” qalib gəldi. Rəqibi təbrik edirəm”.

Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz. Biz bir neçə oyundur ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik. Futbol səhvlər üzərində qurulub. Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdır ki, top da qapıdan keçsin”.