30/10/2015

Muxtar Babayev “Sumqayıt” FK-nun üzvləri ilə görüşüb


Bu gün “Sumqayıt” Futbol Klubunun məşqindən əvvəl “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili eyni zamanda klubun Müşahidə Şurasının üzvü Muxtar Babayev komanda üzvləri ilə görüşüb. Babayev öz növbəsində “Sumqayıt” FK-nun son nəticələrinin uğurlu olması və bu gün peşə bayramını qeyd edən kimyaçılar adından komandaya xoş arzularını çatdırıb. Eyni zamanda, kapitan Vurğun Hüseynov kimyaçıların 70 illik yubileyi münasibəti ilə Muxtar Babayevi təbrik edib və öz uğurlu oyunları ilə onları sevindirəcəklərini bildirib. 
Daha sonra “Sumqayıt” FK-nun baş məşqçisi Samir Abasov komandanın adından 1 noyabr 2015-ci ildə ölkəmizdə keçiriləcək Parlament seçkilərində şəhərimizin 43 saylı dairəsindən namizədliyi irəli sürülmüş Muxtar Babayevə dəstək olacaqlarını bildirərək ona uğurlar arzulayıblar. 
Sonda xatirə şəkli çəkdirilib.