30/10/2015

"Sumqayıt" FK-nun akademiyasından 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət


Ötən həftəsonu və bu həftə AFFA-nın təşkil etdiyi futbol liqalarında növbəti turun oyunları keçirilib.

"Sumqayıt" FK U-19 doğma meydanda AZAL-la heç-heçə edib (1:1). Komandamızdan yeganə qolu Alim Qafarlı vurub.

"Sumqayıt" FK U-17 isə turu məğlubiyyətlə başa vurub. Komandamız “Qarabağ”a 0:3 hesabı ilə uduzub.

16 yaşadək futbolçulardan ibarət komandamız səfərdə “Zirə” üzərində böyükhesablı qələbə qazanıb (5:0). Bu oyunda Cavid Quliyev dubl edib, digər iki qolu isə Bəxtiyar Haqverdiyev və Camal Kərimli vurub. Bir qol avtoqol sonrası qeydə alınıb.

“Sumqayıt” FK U-15 növbəti qələbəsini qazanıb. 15 yaşadək futbolçulardan ibarət komandamız AZAL-ı 7:0 hesabı ilə üstələyib. Bu oyunda qolları Səxavət Pirimuradov (3), Rüfət Abdullazadə, Səbuhi Abdullazadə (2) və Mirismayıl Əsgərov vurub.

Paytaxt zonasında mübarizə aparan “Sumqayıt” FK U-14 “Qəbələ” ilə heç-heçə edib (0:0). U-13 komandamız isə “İnter”ə 1:2 hesabı ilə məğlub olub.

Şimal zonasında mübarizə aparan “Sumqayıt” FK U-12 UGİM-1-i 5:1 üstələyib. Bu oyunda Fərid Abbasov (2), Elgün Həmidli, Ruhid Mustafayev və Süleyman Süleymanov fərqlənib.

U-11 komandamız isə “Təhsil”i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qarşılaşmada qolları Murad Kərimli (2) və Rəvan Əsgərzadə vurub.

“Sumqayıt” FK U-10- da turu böyükhesablı qələbə ilə başa vurub. U-10 komandamız UGİM-1-i 8:0 hesabı ilə məğlub edib. Görüşdə fərqlənən futbolçularımız Namiq Məmmədzadə (5), Nihat babayev (2) və Rəvan Məsiyev olub.

U-19 Liqası
"Sumqayıt" - AZAL 1:1

U-17 Liqası
"Sumqayıt" - "Qarabağ" 0:3

U-16 Liqası
“Zirə” - "Sumqayıt" 0:5

U-15 Liqası
AZAL - "Sumqayıt" 0:7

U-14 Liqası
"Sumqayıt" - "Qəbələ" 0:0

U-13 Liqası
"Sumqayıt" - "İnter" 1:2

U-12 Liqası
"Sumqayıt" - "UGİM-1" 5:1

U-11 Liqası
"Sumqayıt" - "Təhsil" 3:0

U-10 Liqası
"Sumqayıt" - "UGİM-1" 8:0