30/10/2015

“Sumqayıt” - “Neftçi” oyunu noyabrın 2-də keçiriləcək


Topaz Premyer liqasında 11-ci turun oyunlarının keçirilmə vaxtı və məkanı açıqlanıb. Dəyişikliyə əsasən, “Sumqayıt” Futbol Klubu bu turda “Neftçi”ni qəbul edəcək. “Kapital Bank Arena”da baş tutacaq görüş noyabrın 2-də keçiriləcək. Oyun 19:00-da start götürəcək.

“Sumqayıt” FK ilə “Neftçi”nin əvəzedici komandaları arasındakı görüş isə oktyabrın 31-də baş tutacaq. Qarşılaşma saat 14:00-da “Kapital Bank Arena”da olacaq.