04/12/2011

"Sumqayıt Şəhər" məğlub olub


Qəbələ" – "Sumqayıt Şəhər" 3:1

04 dekabr 2011. Saat 14:00. Qəbələ şəhər Hacıalı qəsəbə stadionu. 1000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Saşa Yunisoğlu, 62 ; Luiz Paulo Hilario, 71 ; Aleksandr Çertoqanov, 90+2
Qollar: Serge Djiehoua, 37; Luiz Paulo Hilario, 70; Viktor Mendi, 86 // Samir Abbasov, 39
Artırılan vaxt: I hissədə -yoxdur; II hissədə - 3 dəq.

“Qəbələ”
12. Pavel Doroşev
3. Vurğun Hüseynov
6. Lyuba Baranin (k)
8. Bruno da Silva
9. Viktor Mendi
(17. Arif İsayev, 89)
11. Serge Djiehoua
14. Veselko Trivunoviç
(26. Daniel Lopes Kruz, 86)
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
33. Saşa Yunisoğlu
77. Luiz Paulo Hilario
(7. Yaşar Abuzərov, 88)

Ehtiyat oyunçular:
30. Qrem Smit
5. Sergey Sokolov
22. Murad Hüseynov
20. Stiv Olfers
Baş məşqçi: Fatih Kavlak

“Sumqayıt Şəhər”
12. Sahil Kərimov
4. Samir Abasov (k)
16. Hacı Əhmədov
22. Ruslan Tağızadə
25. Timur İsrafilov
8. Emin Mustafayev
(27. Ramil Həşimzadə, 79)
7. Mahmud Qurbanov
9. Orxan Həsənov
(50. Samir Abdulov, 75)
52. Bədavi Hüseynov
47. Abdulla Abatsiyev
(2. Slavik Alxasov, 69)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
1. Emil Balayev
70. Şamil Camaləddinov
5. Ramil Nuriyev
15. Aleksandr Qross
Baş məşqçi: Bernhard Raab

Unibank Premyer Liqasının XV turu çərçivəsində “Sumqayıt Şəhər” “Qəbələ”nin qonağı idi. Qəbələ mərkəzi arenası qarla örtülü olduğuna görə bu oyun yeni istifadəyə verilmiş Hacallı stadionunda baş tutdu. Qarşılaşmada ilk real qol vəziyyətini meydan sahibləri yaratdı. 17-ci dəqiqədə Mendi qapıçı ilə üz-üzə qalsa da, Sahil Kərimov dueldən qalib ayrıldı. Bu epizoddan 10 dəqiqə sonra “Sumqayıt Şəhər” hesabı aça bilərdi. Lakin Doroşev Abdulla Abatsıyevin sevinməsinə imkan vermədi. Bir dəqiqə sonra “Qəbələ”nin qolkiperi Orxan Həsənovun baş zərbəsini çətinliklə dəf edərək komandasını real qoldan xilas etdi. Meydan sahibləri 37-ci dəqiqədə hesabı açdı. Hilarionun başla ötürməsindən sonra Serge Djiehoua başla topu tora qovuşdurdu. Lakin bu qoldan iki dəqiqə sonra komandamız “status-kvo”nu bərpa etdi. Samir Abasov cərimə zərbəsindən topu birbaşa tora göndərdi.

İkinci hissəyə “Sumqayıt Şəhər” daha sürətli başladı. Debütdəcə komandamız iki dəfə hesabda irəli çıxmaq üçün real imkan qazandı. Lakin Kamil Nurəhmədov və Abdulla Abatsıyevin zərbələrində dəqiqlik çatmadı. Qarşılaşmanın 70-ci dəqiqəsində “Qəbələ” hesabda irəli çıxdı. Lyubo Baraninin aut xəttindən ötürməsini Sahil Kərimov uzaqlaşdıra bilmədi. Nəticədə Hilario topu tora qovuşdurdu. Hakimin final fitinə 4 dəqiqə qalmış komandamız qapısında daha bir qol gördü. Kərimovun növbəti səhvindən sonra Mendi topu qapıdan keçirdi.

Bernhard Raab (“Sumqayıt Şəhər”in): ”Qəbələ” klubunu təbrik edirəm. Lakin “Qəbələ” oyuna görə qalib gəlmədi. Biz öz səhvlərimiz ucbatından məğlub olduq. İlk hissədə rəqibə oynamaq imkanı vermədik. İkinci hissədə isə “Qəbələ” iki standard vəziyyətdən iki qol vurdu”.

Fatih Kavlak (“Qəbələ”nin baş məşqçisi): “Bu gün qalib gəlmək istəyirdik, oyuna qələbə əzmi ilə çıxmışdıq. Hər iki hissədə komandamız yaxşı oynadı. İkinci hissədə rəqib hücuma daha çox çıxdı, biz də bundan istifadə edib iki qol vurduq”.