29/10/2015

"Sumqayıt" FK "Xəzər Lənkəran" üzərində qələbə qazanıb


"Xəzər Lənkəran" - "Sumqayıt" 1:2
28 oktyabr 2015. Saat 17:00. “Xəzər Lənkəran” mərkəzi stadionu, 1200 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Cavanşir Yusifov
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Elvin Mirzəyev, 21 (qeyri-idman hərəkəti); Kamran Abdullazadə, 44 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 79 (qeyri-idman hərəkəti); Adrian Skarlatake, 87 (qeyri-idman hərəkəti) // Emin Mehdiyev, 75 (qeyri-idman hərəkəti); Nuran Qurbanov, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: Rahid Əmirquliyev, 88 // Tofiq Mikayılov, 7; Ağabala Ramazanov, 37
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı
7. Sadio Tounkara
8. Elşən Rzazadə
9. Orxan Əliyev
(11. Kazım Kazımlı, 45)
12. İlyas Səfərzadə
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
27. Adrian Skarlatake
42. Kamran Abdullazadə
72. Elvin Mirzəyev
97. Elnur Cəfərov
(5. Fərid Əsədov, 82)

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
32. Zaman Mirzəzadə
99. Mahsum Qəmbərli

Baş məşqçi: Yunis Hüseynov

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
10. Uğur Pamuk
(8. Nuran Qurbanov, 56)
13. Murad Ağayev
(24. Amit Quluzadə, 82)
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(23. Tural Rzayev, 66)
39. Emin Mehdiyev
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
9. Mirzağa Hüseynpur
27. İsmayıl Babayev
29. Amil Yunanov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 10-cu tura yekun vurulub. Ötən tur son çempion "Qarabağ"ı məğlubiyyətə uğradan "Sumqayıt" Futbol Klubu bu dəfə səfərdə "Xəzər Lənkəran"a qalib gəlib. Bu oyunda Tofiq Mikayılov və AĞabala Ramazanov fərqlənib. Bu qələbədən sonra komandamız turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Sumqayıt” bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən “Xəzər Lənkəran”a qarşı çətin oyun alınacağını dərk edirdik. Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq. İndiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edirəm. Etiraf edirəm ki, ikinci hissə “Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik”.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun bizim üçün ağır keçdi. Heyətdə problemlərimiz çoxdur. 14 oyunçunun ümidinə qalmışıq. İmkanlarımız geniş deyil ki, səhv edən futbolçuları əvəzedici heyətə göndərək. Çətinliklər fonunda qələbə qazanmaq istəyirdik. Amma futbolçuların çıxışından razı qalmadım. İkinci hissədə toparlansaq da, qollar vura bilmədik. Qarşıda bizi ağır matçlar gözləyir. Məcburuq ki, dekabra kimi bu futbolçularla döyüşək. Gənc futbolçular da özlərinə fikir verməlidirlər. Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidirlər”.