25/10/2015

"Sumqayıt" FK "Qarabağ" üzərində əzmkar qələbə qazanıb


"Sumqayıt" - "Qarabağ" 1:0
25 oktyabr 2015. Saat 19:00. “Kapital Bank Arena”, 1380 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Pərdis-Fərcad Azad, 39 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 90+3 (oyunun bərpasını ləngitdiyinə görə) // Marinaldo Çiçero, 45+1 (qeyri-idman hərəkəti)
Qollar: Mirzağa Hüseynpur, 85
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
7. Pərdis Fərcad–Azad
10. Uğur Pamuk
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
23. Tural Rzayev
(22. Tofiq Mikayılov, 49)
24. Amit Quluzadə
39. Emin Mehdiyev
(5. Cəmil Hacıyev, 84)
55. Ağabala Ramazanov
(9. Mirzağa Hüseynpur, 68)

Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

“Qarabağ”
13. İbrahim Şehiç (k)
8. Migel Madera
(20. Riçard Almeyda, 58)
10. Dani
11. Elvin Məmmədov
(90. Samuel Armenteros, 71)
18. İlqar Qurbanov
23. Vladimir Dimitrovski
29. Raydell Pupon
32. Elvin Yunuszadə
19. Azər Salahlı
70. Marinaldo Çiçero
(22. Əfran İsmayılov, 56)
91. Coşqun Diniyev

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
6. Vüqar Mustafayev
55. Bədavi Hüseynov
97. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

Topaz Premyer Liqasında 9-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da Azərbaycan çempionu "Qarabağ"ı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız əzmkar qələbə qazanıb. Oyunda yeganə qolu "Sumqayıt"ın yarımmüdafiəçisi Mirzağa Hüseynpur vurub.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Çətin olacağını bilirdik. “Qarabağ”a qarşı oynamaq çox çətindir. “İnter”lə oyundan sonra demişdim ki, biz rəqibi düşünmürük. Bu sözlərim rəqibi kiçiltmək üçün deyil. Sadəcə, biz öz çıxışımızı fikirləşirik. Biz öz istədiyimiz oyuna doğru 1 addım atdıq. Məncə, “Qarabağ” bizə qarşı həvəssiz oynamadı. “Qarabağ” bizim fəxrimizdir. Oyuna görə onlara da təşəkkür edirəm”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Əlbəttə ki, məğlub olmaq istəməzdik. “Sumqayıt” yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı. Samir Abasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub. Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm. Məğlubiyyətə baxmayaraq, öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abasovu və komandasını təbrik edirəm, çox istəkli idilər”.