24/10/2015

"Sumqayıt" FK-nun əvəzediciləri "Qarabağ"la heç-heçə edib


Əvəzedicilərin çempionatında 9-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri "Kapital Bank Arena"da "Qarabağ"la üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılara qol vurulmayıb. Qeydə alınan bərabərliyə baxmayaraq komandamız turnir cədvəlindəki liderliyini qoruyub.

"Sumqayıt" - "Qarabağ" 0:0