22/10/2015

"Sumqayıt" FK "Qarabağ"la oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının son tutunda "İnter"lə heç-heçə edən (1:1) "Sumqayıt" Futbol Klubu "Qarabağ"la oyunun hazırlığını davam etdirir. "Kapital Bank Arena"da baş tutan səhər məşqində komandamız daha çox toplu çalışmalara üstünlük verib. Heyətdə zədəli futbolçu yer almır. Zədəsini sağaltmış Mikayıl Rəhimov da artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Sumqayıt" FK - "Qarabağ" oyunu oktyabrın 25-də "Kapital Bank Arena"da keçiriləcək. Görüş 19:00-da start götürəcək.