21/10/2015

"Sumqayıt" FK-nun akademiyasından 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət


Ötən həftəsonu və bu həftə AFFA-nın təşkil etdiyi futbol liqalarında növbəti oyunlar keçirilib.

"Sumqayıt" FK U-17 səfərdə "Neftçi" İK İB-ni 4:3 hesabı ilə üstələyib. Bu oyunda komandamızdan qolları Nicat Sərdarlı, Tacir Əlizadə (2) və Sahib Cümşüdov vurub.

"Sumqayıt" FK U-15 isə mövsümdə ilk məğlubiyyətini alıb. Komandamız "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu Xanbala Əlizadə vurub.

"Sumqayıt" Futbol Klubunun 10 yaşadək futbolçulardan ibarət komandası "Təhsil"lə 0:0 hesablı heç-heçəyə imza atıb.

U-11 komandamız isə "Zirvə"ni 14:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Ötən həftəsonu U-13 komandamız "Sərhədçi"yə 4:1 qalib gəlib. Bu oyunda Rüstəm Hümbətov, Sərvin ismayılov, Hüseyn Yusifzadə və Murad Əzizbəyov fərqlənib.

"Sumqayıt" FK U-14 isə "Xəzri"ni 4:0 hesabı ilə məğlub edib. Bu oyunda komandamızdan qolları Murad Həsənli (2) və Nihad Bağırov vurub.

U-17 Liqası
"Sumqayıt" - "Neftçi" İK İB 4:3

U-15 Liqası
"Neftçi" - "Sumqayıt" 2:1

U-14 Liqası
"Sumqayıt" - "Xəzri" 4:0

U-13 Liqası
"Sumqayıt" - "Xəzri" 4:1

U-12 Liqası
"Sumqayıt" - "Tərsil" 0:0

U-11 Liqası
"Sumqayıt" - "Zirvə" 14:0