18/10/2015

"Sumqayıt" FK "İnter"lə qarşılaşmadan heç-heçə ilə ayrıldı


"Sumqayıt" - "İnter" 1:1
18 oktyabr 2015. Saat 20:00. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Elman Musayev
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Emin Mehdiyev, 27 (qeyri-idman hərəkəti) // Abdulla Abatsiyev, 41 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Elnur Abdullayev, 88 (qeyri-idman hərəkəti)
Qollar: Pərdis Fərcad-Azad, 10 // Nika Kvekveskiri, 36
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
(94. Tərlan Əhmədli, 81)
3. Vurğun Hüseynov (k)
7. Pərdis Fərcad–Azad
(99. Əli Əlimərdanlı, 90+3)
10. Uğur Pamuk
14. Bəxtiyar Həsənalızadə
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
24. Amit Quluzadə
23. Tural Rzayev
39. Emin Mehdiyev
(9. Mirzağa Hüseynpur, 72)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:

8. Nuran Qurbanov
13. Murad Ağayev
22. Tofiq Mikayılov
27. İsmayıl Babayev

Baş məşqçi: Samir Abasov

“İnter”
96. Elşən Poladov (k)
5. Denis Silva
6. Laşa Salukvadze
7. Nika Kvekveskiri
10. Elnur Abdullayev
15. Stepan Polyak
(9. Limam Seydi, 81)
20. Yuri Fomenko
22. İlkin Qırtımov
23. Dieqo Martins
(3. Xuan Fransisko, 90+3)
24. Fuad Bayramov
88. Abdulla Abatsiyev
(30. Abbas Hüseynov, 66)

Ehtiyat oyunçular:
91. Şahin Zəkiyev
17. Mirsahib Abbasov
18. Mənsur Nəhavəndi
77. Emilian Vila

Baş məşqçi: Zaur Svanadze

Topaz Premyer Liqasında 8-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "İnter"i qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Komandamızdan yeganə qolu 10-cu dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Oyunun çətin keçəcəyini bilirdik. Sözün açığı, “İnter” barədə düşünməmişdik, sadəcə, öz durumumuzu müzakirə edirdik. 10 gündür ki, komanda ilə birgəyəm. Düşünürəm ki, bu komanda ilə istəyimizə çatacağıq. Əsas məqsədimiz yaxşı oyun, yaxşı nəticədir. Çalışacağam ki, sürətli futbol sərgiləyək. Bu gün bir komanda kimi mübarizə apardıq. Həm oynayan, həm də ehtiyatda oturan futbolçulara təşəkkür edirəm”.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Bizim heyətlə bağlı problemlərimiz var. Zədəli, cəzalı oyunçularımız az deyil. “Sumqayıt”dan xal almağımız bizim üçün uğurlu sayıla bilər. Problemlərin fonunda xal götürmək sevindiricidir. Meydançada olan Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır”.