24/08/2015

"Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb


"Neftçi" - "Sumqayıt" 2:1
23 avqust 2015. Saat 18:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 1500 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Elman Musayev, Vüsal Qənbərov
Dördüncü hakim: Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Aylton Silva, 80 (sistematik qayda pozuntusu); Aqil Məmmədov, 88 (oyunun bərpasını ləngitdiyinə görə) // Pərdis Fərcad-Azad, 45 (qeyri-idman hərəkəti); Cəmil Hacıyev, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Araz Abdullayev, 51; Rəhman Hacıyev, 53 // Nuran Qurbanov, 78
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.

“Neftçi”
1. Aqil Məmmədov
4. Rahil Məmmədov
(95. Elvin Bədəlov, 75)
6. Aylton Silva
7. Araz Abdullayev (k)
8. Elşən Abdullayev
14. Məhəmməd Qurbanov
15. Erik Ramos
11. Ruslan Qurbanov
(19. Fəhmin Muradbəyli, 65)
17. Rəhman Hacıyev
18. Kaue da Silva
27. Məqsəd İsayev
(26. Kamal Qurbanov, 60)

Ehtiyat oyunçular:
24. Miçal Peskoviç
32. Orxan Bəşirov
21. Samir Məsimov
16. Əziz Quliyev

Baş məşqçi: Samir Əliyev

“Sumqayıt”
1. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
7. Pərdis Fərcad–Azad
10. Uğur Pamuk
(16. Elnur Abdulov, 60)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
39. Emin Mehdiyev
(8. Nuran Qurbanov, 25)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
15. Nodar Məmmədov
24. Amit Quluzadə
97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasının 3-cü turunda "Sumqayıt" Futbol Klubu "Neftçi"nin qonağı olub. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmada komandamızın yeganə qolunu Nuran Qurbanov vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Açığı, futbolçuları bu il tanıya bilmirəm. Ümumi götürsək, onlara heç futbolçu demək olmaz. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.

Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Qol imkanlarımız çox oldu. Amma təcrübəsizlik yenə ön plana çıxdı, şansların az qismindən yararlana bildik. Ötən oyunlarla müqayisədə bu gün daha çox aqressiv idik. Problemlərimiz var və bunun üzərində işləməliyik. Fiziki hazırlığımızı daha yaxşı səviyyəyə gətirməliyik. Artıq bizim üçün fasilə başladı. Oyunçuları 3 günlük istirahətə buraxacağıq. Məşqlər başlayanda əvəzedici heyətdən 5 nəfər götürəcəyik. Fasilə zamanı ölkə daxilində yoxlama görüşləri keçirməyi düşünürük”.